Mayın 14-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Vyanada Avstriya Sənaye Federasiyasının prezidenti və iri şirkətlərin rəhbərləri ilə görüşüb. Lent. az-ın məlumatına görə, Avstriya Sənaye Federasiyasının prezidenti Georq Kapş dövlət başçısını salamlayıb və bu görüşdən məmnunluğunu bildirib.
Azərbaycan Prezidenti görüşdə çıxış edib.
Sonra Avstriya iqtisadiyyatının müxtəlif sahələri ilə bağlı aparıcı şirkətlərin rəhbərləri təmsil etdikləri qurumlar barədə dövlətimizin başçısına məlumat veriblər. Onlar Azərbaycanda gedən inkişaf proseslərini yüksək qiymətləndiriblər.
Şirkət rəhbərləri, həmçinin yüksək texnologiyalar, infrastruktur, kənd təsərrüfatı, əczaçılıq, enerji, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Prezident İlham Əliyevin Avstriyaya səfəri davam edir
753