Prezident Göyçay-Ucar avtomobil yolunun açılışını edib
06 oktyabr 2015 20:48 (UTC +04:00)

Prezident Göyçay-Ucar avtomobil yolunun açılışını edib

0

Azərbaycan prezident İlham Əliyev oktyabrın 6-da yenidən qurulan Göyçay-Ucar avtomobil yolunun açılışında iştirak edib.

 

Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov dövlət  başçısına Göyçay-Ucar avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verərək bildirib ki, 3-cü texniki dərəcəli bu yolun uzunluğu 20 kilometrə yaxındır. Eni 12 metr olan yolda iki hərəkət zolağı var. Yol üzərində müxtəlif qovşaqlar, həmçinin bir dəmiryol körpüsü yerləşir.  

 

Dövlət  başçısı rəmzi açılışını bildirən lenti kəsib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar