Peykimiz may ayından ölkəyə pul gətirəcək
12 fevral 2013 13:43 (UTC +04:00)

Peykimiz may ayından ölkəyə pul gətirəcək

“Azərbaycanın daxili ehtiyacları üçün peykin tutumunun 20 faizinə ehtiyac var, qalan hissə ilə bağlı xarici bazarlarda satış imkanlarına dair araşdırmalar aparılır”.
Lent.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev bildirib.

 

 ASC sədrinin sözlərinə görə, hazırda daha çox satış imkanlarının müəyyən edilməsi məqsədi ilə beynəlxalq sərgi və konfranslarda iştirak edir, danışıqlar aparılır: “Azərbaycan ilk telekommunikasiya peykinin buraxılması layihəsi kommersiya xarakterli daşıyır. Peyk tutumlarının 40 faizi artıq uzun müddətli icarə əsasında Malayziyanın peyk operatoru olan “MESAT” şirkətinə satılıb və may ayından Azərbaycana icarə haqqı ödənməyə başlayacaq”, - deyə Nəbiyev bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1719

Oxşar yazılar