Ovladığımız balığın kütləsi açıqlandı
08 fevral 2013 15:19 (UTC +04:00)

Ovladığımız balığın kütləsi açıqlandı

Dövlət Statistika Komitəsi 2012-ci ildə Azərbaycanda kvota üzrə balıq barədə məlumat yayıb. Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, balıq və digər su bioloji resurslardan istifadə qaydalarına əsasən 2012-ci ildə balıq ovuna 1748 ton kvota verilib və onun alınması üçün balıqçılar tərəfindən 17,9 min manat ödənilib.

 

Balıq ovuna icazə almış 102 hüquqi və fiziki şəxs tərəfindən 910 ton balıq ovlanıb. Ovlanmış balığın 372 tonu kilkə, 126 tonu siyənək, 125 tonu kefal, 80 tonu kütüm, 64 tonu çapaq, 63 tonu külmə balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 848
avatar

Oxşar yazılar