Havanada Kuba inqilabının lideri Fidel Kastro və Fransa prezidenti Fransua Olland arasında görüş olub.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bir saat davam edən görüş bağlı qapılar arxasında keçirilib.
Danışıqlarla bağlı rəsmi məlumat verilməyib.
“Sadəcə bu tarixi anı yaşamaq istəyirdim. Kastro Kubanın tarixi, dünyanın canlı tarixidir. Qarşımda tarixi yazan şəxsiyyəti gördüm”, deyə F.Olland fransalı jurnalistlərə qısa şərhində bildirib.
Fransa prezidenti Havanaya səfəri çərçivəsində Kubanın hazırkı rəhbəri Raul Kastro ilə də görüşüb. Qeyd edək ki, Fransua Olland ikitərəfli münasibətlər tarixində Kubaya səfər edən ilk Fransa prezidentidir.