Nəqliyyat və rabitə işçilərinin əmək haqları artırılıb - STATİSTİKA
07 noyabr 2013 10:27 (UTC +04:00)

Nəqliyyat və rabitə işçilərinin əmək haqları artırılıb - STATİSTİKA

Cari ilin doqquz ayında nəqliyyat müəssisələrində işləyən 72,5 min muzdlu işçinin 72,2 faizi dövlət müəssisələrində, 27,8 faizi özəl bölmədə çalışıb. Lent.az-ın verdiyi məlumata görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. İşçilərin 52,8 faizi yerüstü və boru kəməri, 13,5 faizi su, 15,1 faizi hava nəqliyyatı, 18,6 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib. 

2012-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 7,1 faiz artaraq 530,0 manat olub, bu göstərici hava nəqliyyatında 819,7 manat, dəniz nəqliyyatında 728,5 manat, metro nəqliyyatında 529,8 manat, avtomobil nəqliyyatında 496,8 manat, dəmir yolu nəqliyyatında isə 242,3 manat təşkil edib. Əmək haqqı dəmir yolu nəqliyyatında 9,0 faiz, metro nəqliyyatında 7,0 faiz, dəniz nəqliyyatında 5,6 faiz, avtomobil nəqliyyatında isə 4,9 faiz artıb. 
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,9 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 8,0 faiz artaraq 668,8 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1384

Oxşar yazılar