Martın 13-də keçirilən hərracda ABŞ-ın neft ehtiyatı fonunda xam neftin qiyməti ucuzlaşıb.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, «Brent Crude Oil» markalı neft qarışığının bir barrelinin qiyməti 1,13 dollar ucuzlaşaraq, 108,52 dollar təşkil edib.
«WTI» yüngüd neft 0,02 dollar ucuzlaşaraq, 92,52 dollara satılıb.
ABŞ-ın ticarət neft ehtiyatı ötən həftə 2,62 milyon barrel artaraq, 384 milyon barrel olub. Halbuki təhlilçilər, bu artımın 2,3 milyon barrel olacağını proqnozlaşdırırdılar.