“Qara qızıl” ucuzlaşmaqda davam edir. APA TV-nin məlumatına görə, birjalarda səhər seanslarında “Brent” markalı neftin qiyməti 31,05 dollar olub ki, bu da ötən gün qeydə alınan qiymətdən təxminən 2 dollar 37 sent ucuzdur.
Qərbi Texas nefti isə ötən günə nisbətən 1 dollar 86 sent ucuzlaşıb. Hazırda aprel ayı fyüçersləri üçün WTI markalı neftin bir bareli 28.58 dollardan müəyyənləşib.