Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentləri Tofiq Qəhrəmanov və Bədəl Bədəlovun başçılıq etdiyi nümayəndə heyəti Qətərdə səfərdə olub. Bu barədə Dövlət Neft Şirkətdən Lent.az-a məlumat verilib. Səfər zamanı Azərbaycanda inşası nəzərdə tutulan Qaz Emalı Zavodunun (QEZ) layihələndirilməsi və icrasında Qətər dövlətinin son illər qazandığı təcrübədən yararlanmaq məqsədi ilə geniş təcrübə mübadiləsi aparılıb.
Nümayəndə heyətimiz Qətərin neft-qaz istehsalat zavodlarını özündə birləşdirən və dünyanın ən böyük sənaye şəhərciklərindən biri olan «Ras Laffan» sənaye şəhərciyinədə də olub. Burada fəaliyyət göstərən emal zavodları, liman təsərrüfatı, köməkçi istehsalat obyektləri və s. barədə geniş məlumat alıb.