APA-nın məlumatına görə, müfəttişliyin rəisi Nazim Babayev Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyəti barədə məlumat verib, Bakı şəhəri müfəttişlərin hesabatı dinlənilib.
Nazir Heydər Əsədov müfəttişliyin müasir tələblər səviyyəsində yenidən qurulması, elektron uçot sisteminin təşkili, hüquqi bazanın yaradılması və sürücülük vəsiqələrinin verilmə mexanizminin təkmilləşdirilməsi məqsədi ilə nazirliyin müvafiq şöbələrinə tapşırıq və tövsiyələrini verib.
N. Babayev və baş mühasib Vahid Niyazəliyev işdə ciddi nöqsanlara yol verdiklərinə görə tutduqları vəzifələrindən azad ediliblər. Təqaüd yaşı çatmış iki əməkdaş isə təqaüdə göndərilib.