Nazirliyə müraciətlərin sayı və strukturu açıqlanıb
13 mart 2013 10:18 (UTC +04:00)

Nazirliyə müraciətlərin sayı və strukturu açıqlanıb

Fevral ayında İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 140-a yaxını bölgələrdən olmaqla, 500-ə yaxın müraciət daxil olub.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.

 

Ümumilikdə isə, İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 18500-dən çox müraciət edilib. Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699
avatar

Oxşar yazılar