Nazirlikdən keçmiş deputatın şirkətinə cərimə və xəbərdarlıq
01 may 2013 11:28 (UTC +04:00)

Nazirlikdən keçmiş deputatın şirkətinə cərimə və xəbərdarlıq

“Avropa Qapıları” adı ilə qapı və mebel istehsal edən “Tağıyev” şirkəti istehlakçıların hüquqlarını pozur

 

 

“Avropa Qapıları” adı ilə qapı və mebel istehsal edən “Tağıyev” şirkəti tərəfindən istehlakçı hüquqlarının pozulması barədə vətəndaşlar Yarməmməd Əhmədov və Məhəmmədəli Əfəndiyev tərəfindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə təqdim edilmiş materiallar əsasında aparılmış araşdırmalar nəticəsində istehlakçıların hüquqlarının pozulmasının aradan qaldırılması barədə Dövlət Xidməti tərəfindən “Tağıyev” şirkətinə icrası məcburi göstəriş verilib.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, göstərişin yerinə yetirilməsi barədə şirkət tərəfindən Dövlət Xidmətinə məlumat verilmədiyi üçün göstərişin icra vəziyyətinin müəyyən edilməsi məqsədilə “Tağıyev” şirkətində yoxlama aparılıb.

 

Yoxlama nəticəsində “Tağıyev” şirkəti tərəfindən vətəndaşlar Yarməmməd Əhmədov və Məhəmmədəli Əfəndiyevlə bağlanmış müqavilələrdə nəzərdə tutulan müddətlərə əməl olunmadığı, ödəniş şərtləri pozularaq hazırlanmış məhsulların dəyərinin istehlakçılardan onların faktiki ünvanında deyil, yaşadıqları binanın həyətində tələb olunduğu müəyyən edilib. Aşkar edilmiş pozuntularla əlaqədar müəssisəyə mövcud qanunvericiliyə uyğun olaraq, 4000 manat məbləğində cərimə tətbiq edilib. Hazırda istehlakçıların hüquqlarının bərpa olunması barədə Dövlət Xidməti tərəfindən “Tağıyev” şirkətinə verilmiş icrası məcburi göstərişin yerinə yetirilməsinin təmin olunması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş əlavə tədbirlər görülür.

 

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara oxşar hallarla üzləşməmək üçün malları, işləri, xidmətləri alarkən icraçıdan müvafiq müqavilə tələb etməyi, müqavilədə sifarişin bütün xüsusiyyətlərinin düzgün əks olunduğuna və icraçının öhdəliklərinin və məsuliyyətinin göstərildiyinə xüsusi diqqət yetirməyi tövsiyə edir.

 

Qeyd edək ki, bu şirkətin sahibi sabiq deputat Baba Tağıyevdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2906
avatar

Oxşar yazılar