Nazirlikdən 135 min 900 manat cərimə
07 may 2013 15:19 (UTC +04:00)

Nazirlikdən 135 min 900 manat cərimə

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb 

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi
Departamentinin əməkdaşları tərəfindən 16-30 aprel tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 133 akt və protokol tərtib olunub.

 

Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 60 müddətli məcburi göstəriş verilib. Ümumilikdə, 38 iş üzrə 135 min 900 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 19 iş üzrə 5 min 336,37 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 146 iş üzrə 21 min 233 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 12 iş, icra qurumlarına isə 26 iş göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645
avatar

Oxşar yazılar