Nazirlikdə və Teleradio Komitəsində yoxlamalar aparılacaq
30 mart 2013 10:40 (UTC +04:00)

Nazirlikdə və Teleradio Komitəsində yoxlamalar aparılacaq

 

Hesablama Palatasının növbəti kollegiya iclası olub. Bu barədə Lent.az-a qurumdan məlumat verilib. İclasda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan MR Dövlət Televiziya və Radio verilişləri Komitəsinin saxlanılmasına ayrılan vəsaitlərin, həmçinin büdcədənkənar daxilolmaların proqnozlaşdırılması, maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə icrasına dair Audit proqramları da təsdiq edilib.

Qeyd edək ki, kollegiya iclasında Palatasının 2012-ci ildə fəaliyyəti haqqında hesabat”ı geniş müzakirə olunaraq təsdiq edilib və Hesabatın Azərbaycan Respublikası Milli Məclisində müzakirə üçün təqdim olunması qərara alınıb.

 

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Hesablama Palatasının nazirlikdə yoxlama aparacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya açıqlamasında deyib ki, ETSN-in özü bu yoxlamanın aparılması üçün Hesablama Palatasını dəvət edib: “Biz onları dəvət etmişik və sırf nazirliyin istəyi ilə olub”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1122
avatar

Oxşar yazılar