Nazirlik işçi axtarır
04 oktyabr 2013 12:25 (UTC +04:00)

Nazirlik işçi axtarır

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edib.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  tərəfindən komissiyanın elan etdiyi müsabiqəyə 13 vakansiya təqdim edib.

 

Bu vakant yerlərə Məxfi şöbədə aparıcı məsləhətçi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Layihələr ilə iş sektorunda baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, fondun  Sahibkarlığın inkişafı sektorunda aparıcı məsləhətçi, məsləhətçi, eyni zamanda nazirliyin Elektron Təhlükəsizlik Mərkəzində baş məsləhətçi - kadrlar üzrə, mərkəzin Əməliyyat sektorunda baş məsləhətçi, məsləhətçi, Analiz və məsləhət sektorunda aparıcı məsləhətçi, məsləhətçi, həmçinin, Beynəlxalq əlaqələndirmə və əməkdaşlıq sektorunda baş məsləhətçi, məsləhətçi vəzifələri daxildir.

 

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün vətəndaşlar “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı  oktyabrın 4-dən noyabrın 4-ü saat 18:00-dək, ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar isə sənədlərini oktyabrın 4-dən oktyabrın 23-ü saat 18:00-dək komissiyaya təqdim etməlidirlər. Müraciət forması elektron (müsabiqə üçün), şəxsən  və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2575
avatar

Oxşar yazılar