Ağsuda ağacların kəsilməsi faktı aşkar olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin (xidməti ərazisi Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ, Oğuz rayonlarını əhatə edir) əməkdaşları tərəfindən may ayı ərzində reyd keçirilərkən Muğanlı-İsmayıllı yolunun 11-12-ci kilometrliyində ağacların kəsilməsi faktı aşkarlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əraziyə baxış zamanı vələs cinsindən diametri 2 sm olan 8 ədəd, diametri 4 sm olan 12 ədəd, diametri 6 sm olan 9 ədəd, diametri 8 sm olan 12 ədəd, diametri 12 sm olan 6 ədəd, diametri 16 sm 5 ədəd, diametri 24 sm olan 5 ədəd (cəmi 57 ədəd), yemişan cinsindən diametri 4 sm olan 13 ədəd, diametri 8 sm olan 1 ədəd, diametri 12 sm olan 1 ədəd, diametri diametri 10 sm olan 4 ədəd (cəmi 19 ədəd), fındıq cinsindən diametri 2 sm olan 10 ədəd, diametru 4 sm olan 10 ədəd, diametri 4 sm olan 6 ədəd, diametri 10 sm olan 2 ədəd (cəmi 28 ədəd), palıd cinsindən diametri 16 sm olan 1 ədəd, diametri 20 sm olan 2 ədəd, diametri 24 sm olan 1 ədəd (cəmi 4 ədəd), zoğal cinsindən diametri 8 sm olan 2 ədəd, ümumilikdə isə 110 ədəd müxtəlif cinslərdən olan yaş köküstə ağacların kəsildiyi müəyyən edilib.
Araşdırma zamanı ağacların kəsildiyi ərazinin Ağsu rayonu Nüydü kənd Bələdiyyəsinə məxsus olduğu aşkar olunub. Faktla bağlı akt tərtib olunaraq Ağsu rayonunun Nüydü kənd Bələdiyyəsinin sədri Fəxrəddin Osmanov hüquqi şəxs qismində 40 min manat məbləğində cərimələnib və təbiətə dəymiş ziyanın ödənilməsi barədə vəsatət qaldırılıb.