Nazir Samuxda vətəndaşları qəbul etdi
05 may 2013 19:03 (UTC +04:00)

Nazir Samuxda vətəndaşları qəbul etdi

İqtisadi inkişaf naziri Şahin Mustafayev Samuxda Goranboy, Göygöl, Daşkəsən, Samux, Kəlbəcər, Xocalı rayonlarından, Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşları qəbul edib.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, qəbula gələnlər əsasən, güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, işə qəbul, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

 

Qəbulda vətəndaşların müraciətləri dinlənilib, bir sıra müraciətlər üzrə məsələlər yerindəcə həll edilib. İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1312
avatar

Oxşar yazılar