Fevralın 18-20-də kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrailə səfər edəcək. Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Səfərin məqsədi İsraillə kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da genişləndirmək və aqrar sahədə qazandığı təcrübə ilə tanış olmaqdır.
Səfər çərçivəsində nümayəndə heyəti İsrailin kənd təsərrüfatı strukturu və siyasəti, qanunvericilik və tənzimləmə, kooperativlər və idarəetmə sistemi ilə tanış olacaq və Kənd təsərrüfatı və kəndin inkişafı naziri Yair Şamir ilə görüşəcək.