“Turizm şirkətləri ilə danışmışıq ki, Şahdağda problem yaranmaması üçün əvvəlcədən məkana gələn insanların çəkisi, boyu, hündürlüyü qeyd olunsun”.
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, ötən həftənin şənbə-bazar günü 2 minə yaxın insan Şahdağ Qış-Yay Turizm Kompleksində olub: “Əslində biz bu kompleksi tam qurtarmamış açmaq fikrində deyildik. Sadəcə müəyyən bir hissəsini açdıq və burada cəmi 40 otaq var. Təkcə bu, şənbə və bazar gələn 2000 adamı yerləşdirməyə kifayət etmir. Təxminən 600-700 xizək var. Biz turizm şirkətlərinə də müraciət etmişik əvvəlcədən gələn insanların sayı, çəkisi, boyu, ayağının ölçüsünü dəqiqləşdirsinlər, çünki orada hər adama xidmət 40 dəqiqə zaman alır. Bu, çox məsuliyyətli və travmatik idman növüdür. Ona görə də qonaqların hər birinə məsuliyyətlə yanaşılır”.
Nazir onu da əlavə edib ki, bəzi mətbuat səhifələrində kompleksə ayrılan büdcənin 2 milyarda manat olduğu yazılır: “Amma mən heç bilmirəm ki, bu layihə başa çatana qədər bu rəqəm 1 milyard olacaq, ya yox”.