Nazir: “Azərbaycan iqtisadiyyatında ciddi dəyişikliklər olacaq”
04 aprel 2013 16:51 (UTC +04:00)

Nazir: “Azərbaycan iqtisadiyyatında ciddi dəyişikliklər olacaq”

Azərbaycan iqtisadiyyatında 2020-ci ilə qədər ciddi struktur dəyişiklikləri baş verəcək.

 

«APA-Economics»in xəbər verdiyi kimi, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bəyan edib.

 

Nazirin sözlərinə görə, 2020-ci ilə qədər qeyri-neft sektoru hesabına 2 dəfə artacaq ÜDM-in yalnız təxminən 20%-i neft sektorunun payına düşəcək ki, bu da iqtisadiyyatın neftdən asılılığının tamamilə aradan qaldırılması deməkdir. Ş.Mustafayev vurğulayıb ki, hazırda ÜDM-in 48%-i neft, 52%-i isə qeyri-neft sektoru hesabına formalaşır.

 

Nazir həmçinin bəyan edib ki, 2012-ci ildə qeydə alınan 2,2%-lik iqtisadi artım tamamilə qeyri-neft sektoru hesabına formalaşıb. Bu ilin ilk iki ayı ərzində isə qeyri-neft ÜDM-in 10,5%-lik artımı hesabına ümumi iqtisadi artım 3,2%-ə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092
avatar

Oxşar yazılar