Muzdla çalışanların orta aylıq əmək haqqı 407 manat olub - Statistika
Dövlət Statistika Komitəsi iqtisadiyyat sahəsində çalışanların sayı və əmək haqqları barədə məlumat yayıb. Lent. az-ın məlumatına görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1479,4 min nəfər olub. Onlardan 896,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 583,0 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olub.
728