Milli Məclis hökumətə 6 gün vaxt verdi
14 oktyabr 2015 14:30 (UTC +04:00)

Milli Məclis hökumətə 6 gün vaxt verdi

0

 

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başa çatıb.

 

APA-Economics”in məlumatına görə, parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 6 gün vaxt verilib.

 

Müzakirələrdən sonra spiker Oqtay Əsədov deyib ki, deputatların əksəriyyəti seçki kampaniyasında iştirak etdiyindən əvvəlki illərdən fərqli olaraq hökumətə 10 gün yox, 6 gün vaxt veriləcək: “İnanırıq ki, hökumət oktyabrın 20-nə kimi burada qaldırılan məsələlərə baxa biləcək və oktyabrın 20-də büdcə layihəsi səsverməyə çıxarılacaq”.

 

Qeyd edək ki, büdcə zərfinə daxil olan digər  qanun layihələrinin müzakirəsi davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar