Əmlak Məsələləri Dövlət Komitəsi martın 12-də respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb.
Lent.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin siyahısında İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə məxsus olan və Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 30. ünvanında yerləşən 1 saylı sahə də var.
Ümumi sahəsi 6603,3 kv.m olan obyektin start satış qiyməti 431 352 manat, ilkin satış qiyməti 366 649 manatdır. Başqa sözlə, 1 sotu 6 min 700 manata satılır.
Qeyd edək ki, Nizami rayonu, Mikayıl Əliyev küçəsi Bakıda elitar şadlıq saraylarının (“Neptun”, “Neolit”, “Neon”, “Ay işığı” və s. ) yerləşdiyi məkan kimi məşhurdur. Bu ərazidə 1 sot torpağın real qiyməti 20-30 min manat arasında dəyişir.