Mərkəzi Bankdan valyuta <span style="color:red;">AÇIQLAMASI
25 avqust 2015 14:18 (UTC +04:00)

Mərkəzi Bankdan valyuta AÇIQLAMASI

Mərkəzi Bank Azərbaycanda valyutadəyişmə ilə bağlı problemlərin yaranmasına dair xəbərlərə münasibət bildirib. Bankdan lent.az-a verilən açıqlamada bildirilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində valyuta bazarında xarici valyuta qıtlığı olduğu və satışın həyata keçirilmədiyi barədə məlumatlar yayılır: “Bununla əlaqədar Mərkəzi Bank bildirir ki, həm nağd, həm də qeyri nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur. Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını həyata keçirirlər.

 

Əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə geniş fililal şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri adi iş rejimində fəaliyyət göstərir və bazar günü də valyuta satışını davam etdirəcəklər.

 

Bəzi bankların filial və şöbələrinin işləməməsi onların daxili reqlamentinə uyğun olaraq müəyyən olunan iş rejimi ilə əlaqədardır.

 

Eyni zamanda bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət nəzarətdədir və mütəmadi monitorinqlər həyata keçirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332
avatar

Oxşar yazılar