Mərkəzi Bank uçot dərəcəsini endirdi
08 fevral 2013 16:43 (UTC +04:00)

Mərkəzi Bank uçot dərəcəsini endirdi

Mərkəzi Bank makroiqtisadi sabitliyə yönəlmiş pul siyasətini davam etdirir. Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent.az-a verilən məlumata görə, 2012-ci ildə orta illik inflyasiya əhəmiyyətli azalaraq 1.1% təşkil edib, manatın məzənnəsi sabit qalıb.

 

Sabit məzənnə və inflyasiyanın xarici ticarətdə tərəfdaş ölkələrdəki inflyasiyadan aşağı olması manatın real effektiv məzənnəsinin iqtisadiyyatın rəqabət qabiliyyətinə müsbət təsirini təmin edib. İnflyasiyanın aşağı səviyyəsini, pul kütləsinin artım templərini, habelə milli iqtisadiyyatın şaxələnməsi prioritetlərini nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti 11 fevral tarixindən etibarən uçot dərəcəsinin 5%-dən 4.75%-ə endirilməsi barədə qərar qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1174
avatar

Oxşar yazılar