Mərkəzi Bank biznes mühitini ölçməyə başladı
31 may 2013 17:16 (UTC +04:00)

Mərkəzi Bank biznes mühitini ölçməyə başladı

Mərkəzi Bank 2008-ci ildən başlayaraq real sektorda biznes mühitinin ölçülməsi məqsədilə ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar arasında konyunktur sorğuları aparır.

Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent. az-a verilən məlumata görə, hazırda sorğuya qeyri-xammal sənayesi, ticarət, tikinti və xidmət sahələrində fəaliyyət göstərən 350-dən artıq müəssisə və təşkilat qoşulub.

 

Monitorinq sisteminin metodoloji bazası Avropa Komissiyasının “Biznes və istehlakçı sorğularının Avropa Birliyi üzrə birgə Proqramı” və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Biznes mühitinin monitorinqi üzrə Təlimat” sənədlərinə əsaslanır və müvafiq qaydalara uyğun olaraq daim təkmilləşdirilir. Sorğuların əhəmiyyəti və metodologiyası ilə bağlı xüsusi izahedici məlumat ictimaiyyətin diqqətinə təqdim olunur.

http://cbar.az/assets/2761/M%C9%99rk%C9%99zi_Bankda_real_sektorun_monitorinqi_sistemi.pdf

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674
avatar

Oxşar yazılar