Maldarlara dövlət dəstəyi davam etdiriləcək
08 iyun 2013 22:38 (UTC +04:00)

Maldarlara dövlət dəstəyi davam etdiriləcək

 Ağcabədidə heyvandarlıqda damazlıq-seleksiya işlərinə dair respublika seminar-müşavirəsi keçirilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, tədbirdə kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov bildirib ki, maldarlığın inkişafı üçün və bu sahədə fəaliyyət göstərən fermerlərə dəstək məqsədilə dövlət tərəfindən iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi bundan sonra da davam etdiriləcək.

 

Onun sözlərinə görə, son 4 ildə xaricdən ölkəyə 6 min 290 baş damazlıq cins heyvan gətirilib ki, artım nəticəsində onların sayı hazırda 12 min 600 başa çatıb. Ölkədə ət və süd məhsullarının istehsalının daha da yaxşılaşdırılması üçün fermer və sahibkarlara daha bir güzəştin tətbiq olunması nəzərdə tutulur. Kənd təsərrüfatı nazirinin müavini onu da deyib ki, indiyədək cins heyvanların satın alınaraq ölkəyə gətitlməsinə maraq göstərən sahibkarlara dövlət tərəfindən 50 faiz güzəşt olunurdusa, bundan sonra həmin sahibkarlara əlavə güzəşt ediləcək...

 

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, ölkədə ət istehsalının kəsilmiş şəkildə 340 min tona, süd istehsalının isə 2,4 milyon tona çatdırılması nəzərdə tutulur. Təkcə 2013-cü il yanvarın birinədək  ölkədə 2712,7 min baş iri buynuzlu mal-qara olmuşdur. Eyni zamanda süni mayalanma nəticəsində də mövcud mal-qaranın cinsinin yaxşılışdırılması üçün tədbirlər həyata keçirilir. Təkcə 2012-ci ildə ölkə üzrə 88 min 415 baş heyvan süni yolla mayandırılıb və 59 min 449 baş bala alınıb. 2013-cü ildə 140 min, 2014-cü ildə 200 min, 2015-ci ildə 300 min baş inək və camışın süni yolla mayalandırılması proqnozlaşdırılır", deyə kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov bildirib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796
avatar

Oxşar yazılar