Krım və Donbasın tam blokadaya salınması təklif edilib
30 sentyabr 2015 05:48 (UTC +04:00)

Krım və Donbasın tam blokadaya salınması təklif edilib

0

Ukrayna Ali Radasına Krım və Donbasın tam blokadaya salınması haqqında qanun layihəsi təqdim edilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, sənəd baxılması üçün Radikal partiyasının üzvü Dmitri Linko tərəfindən təqdim edilib.

 

3192 saylı sənəd parlamentdə sentyabrın 29-da qeydə alınıb.

 

Qanun layihəsi Donbas və Krıma dəmiryolu, yük və avtobus əlaqəsinin tamamilə dayandırılmasını təklif edir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar