Kişçay və Şinçay daşıb, Qanıx çayında su səviyyəsi artıb
12 avqust 2013 14:34 (UTC +04:00)

Kişçay və Şinçay daşıb, Qanıx çayında su səviyyəsi artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 8 və 9 avqustda ölkə ərazisində yağan yağışlarla əlaqədar respublikanın bəzi çaylarında sululuq artıb. 

 

Quba-Xaçmaz bölgəsi çaylarının sululuğunda 8-62 sm, Lənkəra-Astara bölgəsi çaylarının isə 5-7 sm artım müşahidə olunub. Yağışın bəzi yerlərdə leysan xarakterli olması nəticəsində Böyük Qafqazın Kişçay və Şinçay çayından qısamüddətli daşqın keçib. Bunun nəticəsində Qanıx çayında səviyyə 83 sm artıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-140, Kiçik Qafqazın çaylarında 70-100, Lənkəran-Astara bölgəsi çaylarında 60-100, Naxçıvan Muxtar Respublikası çaylarında isə 40 faizini təşkil edir.
 

Avqustun 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 106 m3/s, ongünlük normanın 79 faizini təşkil edir. 2012-ci ildə bir qədər az olmaqla 75,0 m3/s və ongünlük normanın 56 faizini təşkil edib. Avqustun 12-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 149 m3/s olmaqla, ongünlük normanın 222 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə az olmaqla 59,0 m3/s təşkil etmiş və ongünlük normanın 88 faizinə bərabər olub.


Ötən günlər ərzində yağan yağışlar nəticəsində Kür çayına tökülən çaylarda sululuğun artımı ilə əlaqədar Kürün aşağı axınında suyun səviyyəsində artım müşahidə edilib. Belə ki, son 5 gün ərzində Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 68 sm, Şirvanda 63 sm, Salyanda 30 sm, Bankədə 9 sm, Araz çayının Novruzlu məntəqəsində isə 20 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 420 sm (2012-ci il avqustun 12-də 333 sm), Şirvanda 277 sm (212-ci il avqustun 12-də 197 sm ), Salyanda 180 sm (2012-ci il avqustun 12-də 158 sm ), Bankədə 218 sm (2012-ci il avqustun 12-də 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 120 sm (2012-ci il avqustun 12-də 99 sm) təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 873
avatar

Oxşar yazılar