İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq aparılıb.
Lent.az-ın “azərtaca” istinadən məlumatına görə, monitorinqlər zamanı Bakının Nərimanov, Binəqədi, Nəsimi rayonlarında, Gəncə, Sumqayıt, Goranboy, Şirvan, Şəki və Mingəçevir şəhərlərində mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq ediləcək.