Kənd Təsərrüfatı Nazirliyi rəsmisindən ciddi ittiham
27 mart 2013 18:02 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi rəsmisindən ciddi ittiham

“Ötən il ölkəmizə 2420 baş, bu ilin 3 ayı ərzində isə 600 baş heyvan gətirilib”.  

Bunu Lent.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov bildirib. Nazirlik rəsmisi ət məhsullarının baha qiymətə satılmasına narazılığını bildirib: “Bu gün bazarlarda ət məhsulları baha qiymətə satılır. Qiymətə nəzarəti İqtisadi İnkişaf Nazirliyi yanında Antiintihsar və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti edir. Onlar da bu məsələyə ciddi nəzarət etməlidir. Biz bunu deyəndə onlar bizdən inciyirlər. Eyni zamanda, qiymətləri artıran alverçilər cəzalandırılmalıdır. Çünki qiymətləri qaldıran onlardır”.

 

 

Çingiz Fərəcov bildirib ki, ölkəmizdə kifayət qədər ət məhsulu var. “Respublikamızda mal ətinin qiyməti  5 manat, qoyun ətinin qiyməti 6 manat olmalıdır ” - deyə, şöbə müdiri əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2453

Oxşar yazılar