İyun ayının 1-nə kimi Azərbaycanda 349.6 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, 30.6 min ha dənli və dənli paxlalılar, 36.2 min ha ərazidə dən üçün qarğıdalı, 64.6 min ha kartof, 74.5 min ha tərəvəz, 23.0 min ha pambıq, 27.8 min ha bostan bitkiləri, 5 min ha şəkər çuğunduru, 8.9 min ha dən üçün günəbaxan, 1206 ha tütün əkilib.
İyun ayının 1-nə kimi tarlalardan 57.1 min ton dənli və dənli paxlalılar, 53.5 min ton kartof, 76.8 min ton tərəvəz, 7.9 min ton meyvə və giləmeyvə, 254.5 ton yaşıl çay yarpağı toplanıb.
İlin əvvəlindən keçən vaxt ərzində 178.1 min ton diri çəkidə ət, 741.1 min ton süd, 566.8 milyon ədəd yumurta, 13.1 min ton yun istehsal olunub, 2012-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2.8 faiz, süd istehsalı 5.9 faiz, yumurta istehsalı 14.5 faiz, yun istehsalı 3.4 faiz artıb.
Beləliklə, beş ay ərzində ötən illə müqayisədə 5.2 faiz çox kənd təsərrüfatı məhsulları istehsal olunub.