Avqustda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0.8 faiz, o cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2.3 faiz bahalaşıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Birillik bitkilərin istehsalçı qiymətləri 0,7 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşıb.
Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,8 faiz, qarğıdalının 0,2 faiz, arpanın 2,5 faiz, xiyarın 2,3 faiz, quru otun istehsalçı qiymətləri 5,6 faiz bahalaşıb. Pomidorun istehsalçı qiymətləri 0,6 faiz, badımcanın 6,8 faiz, yaşıl lobyanın 6,6 faiz, kələmin 0,5 faiz, göyərtilərin 0,2 faiz, baş soğanın 1,0 faiz, qarpız və yemişin istehsalçı qiymətləri isə 22,6 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,7 faiz, südün 0,6 faiz, diri qoyun və keçilərin 0,5 faiz, diri ev quşlarının 2,1 faiz, yumurtanın istehsalçı qiymətləri isə 34,4 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində inəyin istehsalçı qiymətləri 0,3 faiz, camışın 0,6 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,5 faiz ucuzlaşıb.