Kəmaləddin Heydərov: “Daşqın fəlakəti yaşanmayacaq”
20 yanvar 2013 10:37 (UTC +04:00)

Kəmaləddin Heydərov: “Daşqın fəlakəti yaşanmayacaq”

“Kür çayında bir daha daşqın fəlakəti yaşanmayacaq”. Bunu Lent.az-ın sulanı cavablandırarkən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib. Nazir bildirib ki, kür çayın deltasında Salyan və Neftçala istiqamətlərində dibdərinləşdirmə və sahilbərkitmə işləri aparılıb: “Bu işlərin nəticəsində Kür çayına 2 dəfə çox su gəlsə belə, sel fəlakəti yaşanmayacaq. Mən bunu birmənalı olaraq deyirəm”.

 

K. Heydərov onu da qeyd edib ki, sahilbərkitmə işləri davam etdirilir: “Xüsusən də Salyanda bu istiqamətdə işlər aparılır. Torpaq bəndlər betonla əvəzlənir. Bu işlərin görülməsi hələ davam edəcək. İşlər yekunlaşandan sonra qrunt suları problemi də həll olunacaq”.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940
avatar

Oxşar yazılar