Keçmiş deputatın oğlu “Unibank”a direktor təyin edildi
02 aprel 2015 13:14 (UTC +04:00)

Keçmiş deputatın oğlu “Unibank”a direktor təyin edildi

 

 

“Unibank”a yeni icra direktor təyin edilib. Lent.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, bu gün bank sektorundakı rəhbər vəzifələrə təyinatların davamı olaraq “Unibank”da boş qalan icraçı direktor vəzifəsinə də təyinat olub.

 

Belə ki, Unibankda icraçı direktorun birinci müavini vəzifəsini tutan Xalid Əhədov icraçı direktor postuna təyin edilib.

 

Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.

 

Xatırladaq ki, "Unibank"ın icraçı direktoru Cəlal Qasımov isə Paşa Bankın İdarə Heyətinin sədri təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186
avatar

Oxşar yazılar