Karrar-Sığırlı mənzilində 7 km yolun əsaslı təmirinə başlandı
09 fevral 2013 10:00 (UTC +04:00)

Karrar-Sığırlı mənzilində 7 km yolun əsaslı təmirinə başlandı

Bakı-Böyük Kəsik istiqamətində 186  km yol əsaslı təmir olunub

 

 

“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, 9-15 fevral tarixlərində Karrar-Sığırlı mənzilində 7 km yol əsaslı təmir ediləcək.

 

Bu gün səhər saatlarında köhnə yolun söküntüsünə start verilib və artıq 1 km  köhnə yol sökülüb.  Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları  həyata keçirir. 

 

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 186  km yol əsaslı təmir olunub.   

 

# 900
avatar

Oxşar yazılar