Karrar-Sığırlı mənzilində 3800 metr yolun əsaslı təmirinə başlanıldı
20 fevral 2013 10:15 (UTC +04:00)

Karrar-Sığırlı mənzilində 3800 metr yolun əsaslı təmirinə başlanıldı

Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir edilən yolların uzunluğu 200 kilometrə çatır

 

 

“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, 20-23 fevral tarixlərində Karrar-Sığırlı mənzilində 3800 metr yol əsaslı təmir olunacaq.

 

Bu gün səhər saatlarında köhnə yolun söküntüsünə start verilib və artıq 1 km  köhnə yol sökülüb.  Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları  həyata keçirir. 

 

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 188  km yol əsaslı təmir olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681
avatar

Oxşar yazılar