İstehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər bahalaşıb
09 may 2013 10:38 (UTC +04:00)

İstehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər bahalaşıb

 

Bu ilin I rübündə tikinti işlərində qiymətlər 2012-ci ilin IV rübünə nisbətən 0.3 faiz ucuzlaşıb. Bu barədə Lent.az-a Komitədən məlumat verilib. Rüb ərzində yerüstü tikililər bölməsində 0.2 faiz, yol və körpü tikintisində isə 0.6 faiz ucuzlaşma müşahidə edilib. 

Cari ilin I rübündə yerüstü tikililərdən yaşayış evlərinin və sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0.3 faiz ucuzlaşsa da, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,9 faiz bahalaşıb.


Yaşayış evlərindən 5 mərtəbəyə qədər evlərin tikintisi üzrə qiymətlər 0,1 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,3 faiz ucuzlaşıb.
 

Sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə qiymətlərdə 0,2 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə isə qiymətlərdə 0,4 faiz ucuzlaşma müşahidə edilib. 
 

İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,9 faiz bahalaşsa da, rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,7 faiz ucuzlaşıb, körpü tikintisi üzrə qiymətlər dəyişməz qalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748
avatar

Oxşar yazılar