İran “Nabukko”nun bərpa edilməsini istəyir
30 aprel 2015 23:14 (UTC +04:00)

İran “Nabukko”nun bərpa edilməsini istəyir

İranın Sofiyadakı səfiri Bolqarıstanın baş naziri Boyko Borisov ilə görüşdə “Nabukko” qaz  borusu layihəsini bərpa etməyi təklif edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşdə Bolqarıstanın baş nazirinin müavini Tomislav Donçev, bu ölkənin XİN rəhbəri Daniel Mitov və energetika naziri Temenujka Petkova iştirak edib.

 

Məlumata görə, Noruzi qeyd edib ki, layihənin  bərpası mövzusu görüşdə iki ölkənin əməkdaşlığına dair digər məsələlər sırasında müzakirə olunub. O, İranın təbii qazının Avropaya tədarük edilməsi üçün Tehranın Bolqarıstanda qazpaylayıcı mərkəz tikmək ideyasının olduğunu qeyd edib.   

 

 

Xatırladaq ki, “Nabukko West” layihəsi “Şahdəniz-2” yatağından Azərbaycan, Gürcüstan Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya ərazisindən keçməklə 1300 km-lik qaz borusunun tikintisini nəzərdə tutub. İlkin mərhələdə İranın layihədə iştirakı nəzərdə tutulsa da,  2008-ci ildə nüvə proqramı və Qərbin sanksiyaları ilə əlaqədar layihədən kənarlaşdırılıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 146
avatar

Oxşar yazılar