İqtisadiyyatımıza nə qədər xarici investisiya yönəldilib ?- STATİSTİKA
13 iyun 2013 12:30 (UTC +04:00)

İqtisadiyyatımıza nə qədər xarici investisiya yönəldilib ?- STATİSTİKA

Bu ilin birinci rübündə ölkə iqtisadiyyatına 2,8 milyard ABŞ dolları həcmində xarici investisiya yönəldilib. Bu barədə Lent. az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bu da ötən ilin eyni dövründəkindən 17,7 faiz çoxdur. İnvestisiyaların 18,2 faizi iqtisadiyyata maliyyə kreditləri, 43,8 faizi birbaşa, 38,0 faizi isə portfel və digər investisiyalar şəklində daxil olub.
Birbaşa investisiyaların həcmi 1,2 milyard dollar təşkil edib. Onun 1,0 milyard dolları və ya 82,9 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib.
Bu dövrdə ildə ölkə rezidentlərinə 505,7 milyon ABŞ dolları ekvivalentində xarici kreditlər təqdim edilmiş, onlardan 48,5 faizi dövlət təminatlı kreditlər olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722

Oxşar yazılar