İnformasiyanın mühafizəsi haqqında qanun layihəsi hazırlanıb
27 iyul 2013 10:49 (UTC +04:00)

İnformasiyanın mühafizəsi haqqında qanun layihəsi hazırlanıb

 

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyində (RİTN) “İnformasiya cəmiyyətinin inkişafı üzrə Milli  Strategiya”nın layihəsi ilə yanaşı, iki qanun layihəsi də hazırlanıb.

 

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, bunlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında” qanun layihələridir.

 

Eyni zamanda Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyinin mütəxəssisləri tərəfindən “Azərbaycan Respublikasında ölkə kodlu yüksəksəviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın layihəsi də hazırlanıb. Qaydalarda domen adlarının onlayn əldə  edilməsi sisteminin tətbiqi nəzərdə tutulub. Domen adlarının onlayn  qeydiyyatı sisteminin sentyabr ayında  “az.” domeninin 20 illiyi ərəfəsində  istifadəyə verilməsi planlaşdırılır.

 

Qeyd edək ki, bu tədbirlər “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi üzrə təsdiq olunmuş Tədbirlər Planı”na əsasən normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi bölməsi üzrə müvafiq bəndlərin icrası məqsədi ilə hazırlanıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 695
avatar

Oxşar yazılar