Prezident Əlcəzairin energetika nazirini qəbul edib
11 fevral 2015 15:40 (UTC +04:00)

Prezident Əlcəzairin energetika nazirini qəbul edib

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının energetika naziri, Prezidentin xüsusi elçisi Yosef Yusfini və  Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Fransanın Alzas regionunun nümayəndə heyətini qəbul edib.


Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə Yosef Yusfi Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın məktubunu dövlət başçısına çatdırıb. Həmçinin tərəflər arasında energetika sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

İlham Əliyev həmçinin Fransa Senatının üzvü, Jan-Mari Bokelinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. O, Fransa Prezidenti Fransua Ollandla keçirdiyi mütəmadi görüşlərin önəmini vurğulayıb.


Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokel isə prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə bu qurumda çalışmasını və eləcə də iki il bundan əvvəl Fransa nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etməsini məmnunluqla xatırladıb.



Görüşdə Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası və beynəlxalq əməkdaşlıq sahələrində, eləcə də ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145
avatar

Oxşar yazılar