İpəkçiliyin inkişafına 4,5 milyon manat ayrıldı
19 may 2017 18:26 (UTC +04:00)

İpəkçiliyin inkişafına 4,5 milyon manat ayrıldı

0

Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon (dörd milyon beş yüz min) manat ayrılıb.

 

Bundan başqa Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 303

Oxşar yazılar