Qusar rayonuna 4,6 milyon manat ayrıldı
28 iyul 2015 18:20 (UTC +04:00)

Qusar rayonuna 4,6 milyon manat ayrıldı

Prezident İlham Əliyev Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, on iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 milyon (dörd milyon altı yüz min) manatı Qusar Rayon İcra Hakimiyyətinə ayrılıb.

 

Sərəncama əsasən Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək. Habelə Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339
avatar

Oxşar yazılar