İKT sahəsi üzrə yeni sənədlər hökumətə təqdim olunub
27 iyul 2013 11:14 (UTC +04:00)

İKT sahəsi üzrə yeni sənədlər hökumətə təqdim olunub

 

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi (RİTN) cari il ərzində informasiya cəmiyyətinin inkişafı, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində ardıcıl tədbirləri davam etdirir.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, bu sahədə görülən işlərin davamı kimi, artıq “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “Elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”, “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı” və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün texniki tələblər”in layihələri hazırlanıb.

 

Aidiyyəti qurumlarla razılaşdırılan bu sənədlər artıq Nazirlər Kabinetinə təqdim olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637
avatar

Oxşar yazılar