İçdiyimiz suyu necə təmizləyək? – TƏKLİF
08 fevral 2013 13:56 (UTC +04:00)

İçdiyimiz suyu necə təmizləyək? – TƏKLİF

Şəffaf içməli suyun təmizliyi haqqında təsəvvür, mikroskop icad olunan gün puça çıxdı. O gündən üç yüz ildən artıq keçməsinə baxmayaraq, su insanlara həyat verməklə bərabər, təəssüf ki, insan həyatı üçün ciddi təhlükə olan bir çox mikroorqanizmlərin mənbəyidir.

 

Sadəcə, su kranını açıb bir stəkan su doldurub içməkdən asan bir şey yoxdur. Amma dünyanın bəzi yerində bu ardıcıllıq insan həyatı ucun risklidir. Buna görə də, enerji və qiymətli metallarla bərabər içməli su vacib strateji mənbələrdən biridir, həm də müasir su təchizatı və kanalizasiya şəbəkələrinin olması dövlətin iqtisadi və siyasi statusunu təyin edir. Ölkələrdə sanitar normalara əməl edilməməsi əhaliyə baha basa gəlir, hər il dünyada milyonlarla insan keyfiyyətsiz suyun qurbanına çevrilir. Əlbəttə, bu, ilk növbədə inkişaf etməmiş Afrika, Asiya və Latın Amerikası ölkələrinə aiddir, ədalət naminə qeyd etməliyik Ki, MDB ölkələrində də vəziyyət qənaətbəxş deyil. Məsələn, Rusiya Federasiyası Bas dövlət sanitar həkimi Q.Q.Onişenkonun hesabatına görə, son beş il ərzində  təhlükəli infeksiya törədicisi aşkar edilən su nümunələrinin sayı iki dəfə artıb.

 

Ona görə də bizim sağlığımızın dezinfeksiya olunmuş su qoruya bilər. Əlbəttə, biz su kranını açanda xlor qazının iyi əhvalımızı pozur, amma suyu dezinfeksiya etməklə bizi sudan keçən infeksiyalardan qoruyur.

 

Bu gün də, suyun xlorla zərərsizləsdirilməsi dünyada ən çox yayılmış metod olaraq qalmaqdadır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bu proses mayə xlorla həyata keçirilir, amma iqtisadiyyatı zəif olan ölkələr isə qədimdə olduğu kimi xlor izvestindən istifadə edirlər.

 

Bu metodun bir çox üstünlükləri var. Birincisi, effektliliyi: xlorun təsirindən suda olan bakteriyalar, viruslar və təhlükəli parazitlər məhv olur. İkincisi ucuzluğu: suyun zərərsizləşdirilməsində ozondan və ultrabənövşəyi şüalarından istifadə olunması suyun maya dəyərini artırır. Əlavə olaraq xlor suda olan xoşagəlməz iyi və dadı yox edir, suyun şəffaflaşmasını effektivləşdirir.

 

Vacib üstünlüklərdən biri xlorla zərərsizləşdirilmiş suyun uzun müddət zərərsiz qalmasıdır. Suyun tərkibində olan qalıq aktiv xlor suyu konservləşdirir və istehlakçıya çatana qədər yenidən çirklənməsinə yol vermir. Bütün söylənənlər onu deməyə əsas verir ki, biz hələ uzun müddət suyun zərərsizləşdirilməsində tərkibində xlor olan dezinfektantlardan istifadə edəcəyik, amma xlorun özündən isə imtina etməliyik.

 

Çünki xlor xüsusi balonlarda saxlanılaraq və daşınaraq insan həyatını və ətraf mühiti təhdid edən təhlükə mənbəyidir. Yaddan çıxarmaq olmaz ki, tarixdə ilk dəfə hərb sahəsində zəhərləyici maddə kimi almanlar məhz xlordan istifadə etmişdilər.

 

Xlorun həddindən artıq zəhərli qaz olması sirr deyil. Hətta havada cüzi miqdarda xlor qazının olması insan sağlamlığına mənfi təsir edir. Əlbəttə, xlor istifadə olunan sutəmizləyici stansiyalarda təhlükəsizlik qaydalarına ciddi əməl olunur. Maraqlı məqam budur ki, təhlükəsizlik qaydalarına çəkilən xərc suyun xlorlaşdırılması xərcindən artıqdır. Məsələn, qaydaya görə, xlor balonları saxlanan anbarın ətrafında 150 metr radiusunda təhlükəli zona olmalıdır, konteynerlərdə olan xlor anbarının ətrafında isə təhlükəli zonanın radiusu 500 metr olmalıdır. Bu radius daxilində heç bir yaşayış və mədəni-məişət obyekti olmamalıdır. Yəni qaydaya görə, xlordan istifadə olunan sutəmizləyici stansiya ucun 78,5 ha ərazi ayrılmalıdır və stansiya qorunmalıdır.

 

Bütün bunlar göstərir ki, suyun zərərsizləşdirilməsində xlordan istifadə olunması öz əsrini yaşayıb! Xlora alternativ var – hipoxlorid-natrium.

 

Hipoxlorid-natrium – suyun zərərsizləşdirilməsi üçün tərkibində xlor olan təhlükəsiz, etibarlı dezinfektantdir.

 

Artıq dünyanın bir çox ölkəsində suyun zərərsizləşdirilməsində xlor hipoxlorid-natrium ilə uğurla əvəz edilib və edilməkdə davam edir. Mən ümidvaram ki, bu proses tezliklə bizim Doğma Azərbaycanda da bas vərəcək!

 

Elxan Sirin oğlu Quliyev

“EkoFes” Elmi-Tədqiqat və İstehsalat Müəssisəsinin Azərbaycanda rəsmi nümayəndəsi

       

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2369
avatar

Oxşar yazılar