77 vergi ödəyicisi istintaqa cəlb edildi
07 aprel 2015 16:50 (UTC +04:00)

77 vergi ödəyicisi istintaqa cəlb edildi

0

Vergilər Nazirliyi bu ilin birinci rübü ərzində vergi hüquqpozmalarına qarşı görülmüş mübarizə tədbirləri haqqında məlumat yayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 9 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib. İbtidai istintaqdan yayınan 55 şəxsin məcburi qaydada gətirilməsi, 77 şəxsin tapılaraq istintaqa gəlmələri, 71 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 49 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 313

Oxşar yazılar