Hesablama Palatası Milli Məclisə hesabat təqdim edəcək
30 mart 2013 10:06 (UTC +04:00)

Hesablama Palatası Milli Məclisə hesabat təqdim edəcək

 

Hesablama Palatasının keçirilən Kollegiya iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci ildə fəaliyyəti haqqında hesabat”ı geniş müzakirə olunaraq təsdiq edilib və hesabatın Azərbaycan Respublikası Milli Məclisində müzakirə üçün təqdim olunması qərara alınıb. Bu barədə Lent.az-a Palatadan məlumat verilib. 

İclasda, həmçinin, dövlət büdcəsindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə “2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na ayrılan vəsaitlərin istifadəsinin auditinin nəticəsi üzrə Rəy və Hesabat da müzakirə olunaraq təsdiq olunub, nəzarət tədbirinin nəticəsi barədə Milli Məclisə məlumatın təqdim edilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752
avatar

Oxşar yazılar