Bu ilin ötən dövrü ərzində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 581 sahibkara 67,8 milyon manat güzəştli kredit verilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, bu kreditlər hesabına investisiya layihələrinin reallaşdırılması 2200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Ümumilikdə, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 448 investisiya layihəsinin maliyyələşdirilməsinə 103,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3500-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.