Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın 12-də respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərinin siyahısını açıqlayıb.
Lent.az-ın verdiyi məlumata görə, hərraca çıxarılacaq obyektlərin siyahısında Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda (Xaraba yeri) yerləşən Xidmət və İstismar Bazasının yarımçıq tikilisi də var.
Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu yarımçıq tikilinin sahəsi 1,6 hektar, start satış qiyməti 14 min 2 manatdır.
Ramiz Mikayıloğlu